Çin vaksinləri Türkiyəyə gətirildi

saytların hazırlanması

Evə çatdırılma

Çin vaksinləri Türkiyəyə gətirildi

Rəsmi

30 Dekabr 2020 10:15 1139


Türkiyənin Çindən aldığı koronavirus peyvəndi Ankaraya çatdırılıb.

Yenisabah.az xəbər verir ki, Çin istehsalı olan “Sinovac” peyvəndlərini daşıyan Türk Hava Yollarına məxsus “TK 6175” uçuş nömrəli “Boeing 777” tipli təyyarə 05:44 radələrində Esenboğa Hava Limanına eniş edib.

Peyvənd konteynerləri Pekindən gələr-gəlməz  anbarlara yerləşdirilməyə başlayıb. pizza hut

Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl açıqlamışdı ki, Çinlə bağladıqları müqaviləyə əsasən, Türkiyəyə 50 milyon vaksin gətiriləcək. Dövlət başçısı ilkin mərhələdə 4, 5 milyon doza peyvəndin çatdırılacağını bildirmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!