“Çinar Park” QSC 2023-cü ilin maliyyə hesabatını açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, tikinti şirkəti 2023-cü ildə 7,18 milyon manat gəlir əldə edib. Bu isə 2022-ci ilə nisbətən 17,8% çoxdur.
Ötən il QSC-nin cəmi xərcləri isə əvvəlki ildəki 3,5 milyon manatdan 3,52 milyon manata yüksəlib. Pepperoni pizza
Beləliklə, tikinti şirkətinin vergidən əvvəlki mənfəəti 3,46 milyon manat təşkil edib ki, bu da 2022-ci ilə nisbətən 0,3% azdır. Maraqlıdır ki, tikinti şirkətinin vergidən əvvəlki mənfəəti demək olar ki eyni səviyyədə olsa da, mənfəət vergisini kəskin azaldıb.
Belə ki, “Çinar Park” 2022-ci ildə 719,5 min manat mənfəət vergisi ödəsə də, 2023-cü ildə bu rəqəm 486,02 min manata enib. Başqa sözlə, tikinti şirkəti mənfəət vergisi ödəmələrini 32,4% və ya 233,5 min manat azaldıb.
Nəticədə ötən il QSC daha çox, yəni 2,97 milyon manat xalis mənfəət əldə edib. 2022-ci ildə şirkət 2,75 milyon manat xalis mənfəət açıqlamışdı.
Telegram kanalımız