Çində dronlar vasitəsilə küçədə olan insanlar evlərinə qovulur - Video

saytların hazırlanması

Evə çatdırılma

Çində dronlar vasitəsilə küçədə olan insanlar evlərinə qovulur - Video

Dünya

03 Fevral 2020 09:48 1662


Çində koronavirusla mübarizəyə dronlar da cəlb edilib. 

Yenisabah.az xəbər verir ki, koronavirusun daha çox yayıldığı bölgələrdə yaşayan insanlar küçəyə çıxarkən dronlar vasitəsilə onlardan evə qayıtmaq, maska taxmaq, əllərini yumaq tələb olunur. 

Reuters-in məlumatına görə, Çendu şəhərində maconq oynayan insanların dronlar vasitəsilə evlərinə qovuması ilə bağlı video Weibo sosial şəbəkəsində ciddi müzakirə mövzusuna çevrilib. Videodan görünür ki, polis drona quraşdırılmış mikrofon vasitəsilə insanlardan evlərinə dağılmağı tələb edir:  “Epidemiya zamanı maconq oyunu qadağandır. Siz nəzarətə götürüldünüz. Oyunu dayandırın və dərhal ərazini tərk edin”. Dördpendirli pizza

Hazırda Çində koronavirusa görə onlarla kinoteatr və ictimai iaşə obyekti qapadılıb. Həmçinin məşhur ticarət mərkəzləri də fəaliyətlərini dayandırıblar.

Bu günə qədər Çində koronavirusdan 361 nəfər dünyasını dəyişib. Virusa yoluxanların sayı isə 16 min 587 nəfərə çatıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!