Çingiz Mustafayevin “yoxa çıxmasının” səbəbi - Video

saytların hazırlanması

Evə çatdırılma

Çingiz Mustafayevin “yoxa çıxmasının” səbəbi - Video

Şou

10 Dekabr 2019 13:13 1473


“Eurovision-2019” mahnı müsabiqəsinin iştirakçısı Çingiz Mustafayev yarışmadan sonra görünməməyinin səbəbini açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, sənətçi yeni layihə üzərində işləyir. O, Hindistan melizmləri üzərində eksperimentlər etdiyini deyib:

“Eurovision” musiqi yarışmasından sonra inzivaya çəkilməyimin və az görünməyimin səbəbini sizə açıqlayıram. Uzun müddətdir böyük və ağlasığmaz bir layihə üzərində çalışıram. Düşünürəm ki, bunu dünyada edən ilk şəxs mənəm. Bu layihə mənim multi-instrumentalist, kritik, yaradıcılıqda limitləri aşan tərəflərimi göstərəcək. Layihə haqqında yaxın günlərdə ətraflı video-izah verəcəyəm. pizza

Hindistan mədəniyyətini və musiqisini çox sevirəm. Bu videoda hindistan melizmləri üzərində ekperimentlər etdim. Bu ifa lahiyəmin çox kiçik bir hissəsinin bir parçasıdır. Xoş dinləmələr”.

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!