Yanvarın 18-də Azərbaycanda COVID-19-a qarşı vaksinasiya prosesinə səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verilib.
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib.
Buna baxmayaraq insanlar vaksinə şübhə ilə yanaşır. Əhalinin böyük qismi vaksini vurdurmayacağını bildirir. Dominos pizza
Məsələ ilə bağlı Yenisabah.az-a danışan həkim-terapevt Rasif Bağırov vaksinasiyanın başlanmasını müsbət hal kimi qiymətləndirib:
“Vaksinasiyanın başlanması yaxşı haldır. Heç olmasa, müəyyən qədər azalmaya kömək olacaq. Düzdür, vaksinasiya haqqında müxtəlif informasiyalar yayılır, bunlar konkret bir mənbədən yox müxtəlif mənbələrdən məlumatlar yayılır. Çindən alınan vaksinlə virusun zəiflədilmiş variantı orqanizmə köçürülür və o xəstəlik yaratmaq gücündə olmur. Ola bilər ki, vaksin bəzi həssas insanlarda müəyyən narahatlıqlar yaratsın, lakin o da aradan qalxandır, problem yoxdur. Bu vaksini Avropa ölkələrində istifadə edilən vaksinlə müqayisə etdikdə ortaya çox böyük fərqlər çıxır. Həm təsir mexanizminə, həm hazırlanma texnologiyasına, həm də orqanizm üçün təhlükəli olub-olmamasına görə çox böyük fərqlər var. Buna baxmayaq, bir neçə ölkədə, həmçinin Türkiyədə də bundan istifadə edirlər”.
Həkim insanların vaksinə şübhə ilə yanaşmasının səbəbinin istehsalçı ölkə olduğunu bildirib:
“Bir müddət əvvəl belə bir məlumat da yayıldı ki, Çindən gətirilən vaksinlə yanaşı, Avropadan gətirilən vaksindən də istifadə olunur. Bir yox, bir neçə vaksindən istifadə olunması müəyyən ayrıseçkilik yaradır. Bu nöqteyi nəzərdən adam şübhələnir. İnsanların vaksinə münasibəti fərqlidir, hamıda bir şübhə var. Çünki Çinin adı insanda neqativ fikirlər yaradır. Vaksinin də Çindən gəlməsi istər-istəməz insanlarda şübhə yaradır. Fikir versəniz görərsiniz ki, Azərbaycanda Çindən gələn hər hansı dərman preparatı yoxdur. Birdən-birə vaksin gəlir ki, “mən gəlmişəm, sizi xilas edəcəyəm”. İnsanlar düşünür ki. nə oldu, bir dənə aspirini göndərə bilmirsən, amma vaksin göndərirsən”.
Əsmətxanım
Telegram kanalımız