Çinli turistlərin Azərbaycana səfəri sadələşdirilir

saytların hazırlanması

Evə çatdırılma

Çinli turistlərin Azərbaycana səfəri sadələşdirilir

Sosial

01 Mart 2019 21:59 715


Çinin Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın Dövlət Turizm Agentliyi arasında çinli turistlərin Azərbaycana qrup səfərlərinin sadələşdirilməsi haqqında” Anlaşma Memorandumu imzalanıb.

Bu barədə “Yeni Sabah”a İqtisadiyyat Nazirliyindən bildirilib.

Nazirlikdən verilən məlumata görə, imzalanma iqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Musayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin Çinə səfəri çərçivəsində baş tutub.

Bundan başqa,“Çinin Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycanın Mədəniyyət Nazirliyi arasında 2019-2023-cü illər üçün mədəni əməkdaşlıq haqqında” Protokol imzalanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!