“Çinlilərə giriş qadağandır!” -   XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

“Çinlilərə giriş qadağandır!” - XƏBƏRDARLIQ

Dünya

02 Fevral 2020 13:40 1600


Koronavirus dünyanın ayrı-ayrı yerlərində rasizm nümunələri yaradıb. Çinlilərə münasibət çox pisləşib.

"Yeni Sabah" xəbər verir ki, xüsusilə Avropada rasizm meyli müşahidə olunur. “Euronews” çinlilərə pis münasibətlə bağlı süjet hazırlayıb. Burada Asiya dövlətinin nümayəndələri aşkar ayrı-seçkilikdən gileylənirlər. Hətta İtaliyada restoranlardan biri girişdə çincə “çinlilərə giriş qadağandır!” xəbərdarlığını asıb. Çinli uşaqlar məktəblərdə diskriminasiyaya uğrayır. İctimai nəqliyyatda yerli adamlar çinlilərin yanında əyləşməməyə çalışır.

Çin miqrantları assosiasiyasının rəhbəri Marko Vonq “Euronews”a müsahibəsində deyib ki, bu ölkədə xeyli varlı çinli var. Yerli insanlar onlara həsəd aparır. Koronavirus həm də eqoizm nümunəsini göstərmək fürsəti yaradıb. Bir növ diskriminasiyaya iqtisadi çalar da əlavə olunub. Dördpendirli pizza

İtaliyada çinlilər xüsusilə sosial şəbəkələrdə aşağılanır. İtalyanlar koronavirusun ölkəyə böyük ziyan vuracağından çox çəkinirlər. /Bizimyol.info


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!