Cİzgi filmində homoseksuallıq təbliğ olunur   - Video

saytların hazırlanması

Evə çatdırılma

Cİzgi filmində homoseksuallıq təbliğ olunur - Video

Maraqlı

09 Fevral 2021 13:29 1433


Türkiyə KİV-i Disney kanalında yayımlanan Fransa istehsalı olan cizgi filminə sərt xəbərdarlıq edib.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Disney Channel” kanalında efirə gedən "Möcüzə: parabizən və qara pişik" cizgi serialında homoseksuallığın təbliğ edilməsi sərt qınanılıb.

Animasiya serialında  LGBT( Lezbiyan, Gey, Biseksual və Transgender) təbliğ olunmasının uşaqların tərbiyəsini pozduğu iddia edilib. pizza

Homoseksualizm, xüsusilə ikinci sezondan sonra seriala daxil olan cizgi film personajları ilə uşaqların zehninə yeridilir. Belə ki, obrazların bəzisi ilk baxışdan qız kimi geyinsə də sonradan onların oğlan olduğu ortaya çıxır.

Başqa bölümlərin birində ailələrdən birində iki qızın valideynlərinin hər ikisi qadındır. Uşaqlar hər ikisinə "ana" deyirlər və qadınlardan birinin kişiyə bənzədilməsi diqqət çəkir. 

Qeyd edək ki, bir çox ölkədə, xüsusən də Rusiya və Səudiyyə Ərəbistanda serialın müəyyən hissələrinin efirə getməsinə qadağa qoyulub. 

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!