ÇL və AL-in qrup iştirakçıları bilindi

ÇL və AL-in qrup iştirakçıları bilindi

İdman Veb saytların hazırlanması

30 May 2019 11:16 1054


2019-20 mövsümündə avrokubokların qrup mərhələsindən yarışa qoşulacaq klubların tam siyahısı bəlli olub.

"Yeni Sabah"ın məlumatına görə, 43 komanda birbaşa qruplardan mübarizəyə qatılacaq.

Onlardan 26-sı Çempionlar Liqası (ÇL), 17-si isə Avropa Liqasında (AL) qüvvəsini sınayacaq. ÇL-də təsnifat mərhələlərinin oyunlarından sonra qrup iştirakçılarına daha 6 komanda qoşulacaq. Avropa Liqasının qrupunda isə 31 yer öz sahibini gözləyir.

Qruplarda ən çox komanda ilə İngiltərə, İspaniya, İtaliya və Almaniya təmsil olunacaq. Adıçəkilən ölkələrin 6 nümayəndəsi seçmə mərhələlərindən azaddı.

Çempionlar Liqası: “Mançester Siti”, “Liverpul”, “Çelsi”, “Tottenhem” (İngiltərə), “Barselona”, “Atletiko”, “Real”, “Valensiya” (İspaniya), “Yuventus”, “Napoli”, “Atalanta”, “İnter” (İtaliya), “Bavariya”, “Borussiya” Dortmund, “Leypziq”, “Bayer” (Almaniya), PSJ, “Lill”, “Lion” (Fransa), “Zenit”, “Lokomotiv” (Rusiya), “Benfika” (Portuqaliya), “Şaxtyor” (Ukrayna), “Genk” (Belçika), “Qalatasaray” (Türkiyə), “Zalsburq” (Avstriya).

Avropa Liqası: “Xetafe”, “Sevilya” (İspaniya), “Arsenal”, “Mançester Yunayted” (İngiltərə), “Latsio”, “Milan” (İtaliya), “Borussiya” Mönhenqladbax, “Volfsburq” (Almaniya), “Renn”, “Sent-Etyen” (Fransa), MOİK, “Sportinq” (Portuqaliya), “Aleksandriya” (Ukrayna), “Mexelen” (Belçika), “Beşiktaş” (Türkiyə), “Volfsberger” (Avstriya), “Luqano” (İsveçrə).

Qeyd edək ki, sentyabrın 17-də Çempionlar Liqası, 19-da isə Avropa Liqasının qrup mərhələsində mübarizə başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!