CNN: ABŞ Maduronu xarici terror təşkilatının üzvü kimi tanıyıb

saytların hazırlanması

Evə çatdırılma

CNN: ABŞ Maduronu xarici terror təşkilatının üzvü kimi tanıyıb

Siyasət

24 Noyabr 2025 20:23 673


ABŞ Venesuela Prezidenti Nikolas Maduro və onun hökumətini xarici terror təşkilatının üzvü kimi tanıyıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Bu, rejimin aktivlərinə və logistikasına qarşı əlavə sanksiyalar tətbiq etməyə imkan verəcək. Vaşinqton hesab edir ki, artan təzyiq Maduronu istefaya sövq edəcək və ABŞ-a regionda daha çox təsir rıçaqları verəcək”, - telekanalın məlumatında deyilir. Marqarita pizza

Qeyd edək ki, Maduro ABŞ və Avropaya qaçaqmalçılıqla məşğul olan Venesuela Silahlı Qüvvələri daxilindəki narkotik satıcıları şəbəkəsi olan “Günəş karteli” ilə əlaqələndirilir. Bundan əvvəl Tramp Venesuela rəsmilərini narkotik terrorizmi, korrupsiya və qaçaqmalçılıqda günahlandırıb.

Xatırladaq ki, ABŞ və Venesuela arasında münasibətlər sürətlə pisləşir./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!