Herbst: Tramp Rusiyanın Qafqazdakı təsirini aradan qaldırmağa çalışmır

saytların hazırlanması

Evə çatdırılma

Herbst: Tramp Rusiyanın Qafqazdakı təsirini aradan qaldırmağa çalışmır

Dünya

13 Fevral 2026 12:46 344


Donald Tramp Rusiyanın Cənubi Qafqazdakı təsirindən məhrum etməyə çalışmır, əksinə, ABŞ-ın maraqları naminə region ölkələri ilə münasibətləri inkişaf etdirməyə çalışır.

"Yeni Sabah" xəbər verir ki, bunu "Faktor silı" ("Güc faktoru") proqramında Atlantik Şurasının (Atlantic Council) Avrasiya Proqramının direktoru və ABŞ-nin Ukrayna və Özbəkistandakı keçmiş səfiri Con Herbst bildirib.

O, İrəvan və Bakı ilə münasibətləri inkişaf etdirmək niyyətinin Rusiyanın Ermənistanda və bütövlükdə regionda təsirindən məhrum etmək istəyi ilə əlaqəli olmadığı kimi qiymətləndirir: Sezar pizza

"Bu, nəticə ola bilər, amma Trampın əsas məqsədi deyil. O, ABŞ-nin Cənubi Qafqazdakı marağını görür, lakin bunu Rusiyanın maraqları ilə əlaqələndirmir".

Herbst Trampın Cənubi Qafqaz məsələsi üzərində işləməyə 2025-ci ilin aprel-may aylarında başladığını və avqust ayında Paşinyan və Əliyevlə görüşdüyünü bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!