Coratda güclü YANĞIN   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Coratda güclü YANĞIN - VİDEO

Hadisə

25 May 2025 13:42 310


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərinin Corat qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Yenisabah.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Toyuqlu pizza

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus fərdi yaşayış evinə bitişik yardımçı tikilidə baş verdiyi və havanın küləkli olması səbəbindən yaxınlıqdakı tikililərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 50kv.m. olan yardımçı tikilinin dam örtüyü və dama yığılmış 2.5 ton ot bağlaması yanıb. Yardımçı tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!