Böyük Britaniyanın əfsanəvi baş naziri Uinston Çörçillin protezləri gələn ay hərraca çıxarılacaq.
Yenisabah.az xəbər verir ki, qızıl protezlərin hərracda 5-8 min funt sterlinq arasında satılacağı gözlənilir.
Bildirək ki, Böyük Britaniyanın mərhum baş naziri diksiyasını yaxşılaşdırmaq üçün xüsusi olaraq hazırlanmış protezlərdən istifadə edirdi. Onun üçün dörd diş protezi hazırlandığı və dişlərdən ən azı birinin onunla birlikdə basdırıldığı güman edilir. pizza hut
Protezləri Çörçill üçün onun diş həkimləri Ser Uilfred Fish və Derek Cudlipp tərəfindən hazırlanmışdır.(konkret.az)
Telegram kanalımız