Azərbaycan sözünün ağasıdır; dünən dedi, bu gün elədi!
Bu gün səhər hər birində 20 ton yük olan iki maşın Bakıdan Qarabağa istiqamət alıb. Azərbaycan dövləti Qarabağ ermənilərinə maddi yardım edir. Dünən Yevlaxda qaldırılan problemlər tədricən öz həllini tapacaq.
Uzun illərdən bəri separatçı rejimin girovluğunda olan Qarabağ ermənilərinin dərdi başından aşır. 30 ildən artıqdır ki, adam kimi yaşamaq hüququndan məhrum olublar. Başda Köçəryan-Sarkisyan cütlüyü olmaqla Ermənistanda hakimiyyətə gələn heç bir qüvvə onları adam yerinə qoymayıb. Eyni millətin nümayəndələri olsalar da, Qarabağ ermənilərindən həmişə alət kimi istifadə ediblər. Mən jurnalist etikasına sadiq qələm adamı olsam da, hər şeyi öz adı ilə çağırmağın tərəfdarıyam. Həqiqət dəyişməz olaraq qalır: Ermənistanın siyasi rəhbərliyi Qarabağ separatçıları ilə həmişə maşa kimi davranıb. Onları it kimi üstümüzə qısqırdıb... pizza mizza
Son 3 gündə Azərbaycanda mühüm tarixi hadisələr baş verir. Azərbaycan xalqı yeni tarix yazır. Səhifənin bir küncündə Qarabağ ermənilərinin də adı keçir...
Separatçı rejimə məxsus quldur dəstələri silahı yerə qoyandan sonra bölgədə yeni ab-hava yaranıb. Azərbaycan dövləti indidən gələcək vətəndaşlarının qayğısına qalmağa başlayıb. Bu gün səhər ağzına kimi ərzaqla dolu iki yük maşınının Bakıdan Xankəndiyə yön alması da bunu sübut edir.
Paytaxtdan Qarabağın mülki erməni əhalisinə göndərilən yardım səbətində nələr var, nələr...
Alnımızın təri, gözümüzün nuru ilə ərsəyə gətirdiyimiz halal çörək, ağız dadı ilə içdiyimiz çay, ermənilər üçün bir o qədər də əhəmiyyətli olmayan gigiyenik vasitələr, makaron, vermeşel, yağ, qənd, şəkər, duz, uşaq bezi, erməniləri ağ günə çıxaracaq qarabaşaq...
Biz səxavətli xalqıq, heç vaxt gözümüz verdiyimizin arxasında qalmır. Sosial şəbəkələrdə ermənilərə göndərilən ərzaq səbətindən görüntülər paylaşmışdılar. İnanın, "nuş olsun" deməyə dilim gəlmədi. "Boğazınızda qalsın" deməyə isə lüzum görmədim. Ermənilərdən fərqli olaraq, biz əsilli-nəsilli, tərbiyəli xalqıq...
Ataların yaxşı bir sözü var: Yüz acını bir şirinin xatirinə yeyərlər. Nə deyirik, çörəyimizi yesinlər, suyumuzu içsinlər, təki üzümüzə ağ olmasınlar. Təki müharibə olmasın. Təki bundan sonra balalarımız şəhid olmasın...
Eşitdin, ay erməni?!
Çörəyimizi ye, suyumuzu iç, amma bizə şıllaq atma!
Adam ol, adam!!!
Seymur VERDİZADƏ
Telegram kanalımız