Çovdarovun əmlakı yenidən müsadirə olundu

saytların hazırlanması

Evə çatdırılma

Çovdarovun əmlakı yenidən müsadirə olundu

Maraqlı

01 Sentyabr 2023 16:58 505


Keçmiş MTN-in idarə rəisi Akif Çovdarovun əmlakları ilə bağlı Apellyasiya Məhkəməsində yeni qərar qəbul edilib.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi keçirilən bu gün keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, Akif Çovdarovun əmlakları yenidən müsadirə edilib.

Akif Çovdarov 2015-ci ildə saxlanılıb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib və 30 milyon manatlıq əmlakı müsadirə edilib. 2020-ci ildə imzalanmış əfv sərəncamı ilə Akif Çovdarov azadlığa buraxılıb. Dominos pizza

2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi onun 30 milyon manatlıq əmlakının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması barədə qərar qəbul edib. Lakin Ali Məhkəmə həmin qərarı ləğv edib, işi yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!