COVİD-19 xəstəliyinin ağır keçirilməsinə təsir edən 5 risk faktoru

saytların hazırlanması

Evə çatdırılma

COVİD-19 xəstəliyinin ağır keçirilməsinə təsir edən 5 risk faktoru

Sağlamlıq

08 Aprel 2021 08:45 863


Qadınlarla müqayisədə kişilər COVİD-19-a yoluxma zamanı xəstəliyi daha ağır keçirirlər.

“Yeni Sabah” xəbər verir ki, bunu Trend-ə həkim Emil Qasımov deyib. Bu halı kişilərdə Y xromosomunun olması ilə əlaqələndirən həkim qeyd edib ki, immun sistemini idarəedən xromosomların çoxu X xromosomlarında olduğu üçün kişilər xəstəliyi daha ağır keçirirlər.

Onun sözlərinə görə, COVİD-19 virusuna yoluxma zamanı xəstəliyin daha ağır keçirilməsinə ümumilikdə 5 risk faktoru təsir göstərir. Pepperoni pizza

Həkim əlavə edib ki, yaşın 60-65-dən yüksək olması xəstəliyin ağır keçirilməsi ehtimalını artırır. Bundan başqa, yanaşı xəstəliklərin olması da risk ehtimalını yüksəldir. Şəkər xəstəliyi, yüksək təzyiq, onkoloji xəstəliyi olanlar, kök insanlar risk qrupuna daxildirlər:

"Bəzən görürük ki, bir şəxs xəstəliyi ağır, evdəki digər ailə üzvləri isə yüngül keçirirlər, amma 10 gün sonra onun bacısı, qardaşı ağır vəziyyətdə xəstəxanaya gətirilir. Bu, onu göstərir ki, xəstəliyin ağır keçirilməsində digər risk faktoru genetik amillərdir. 5-ci faktor isə daha çox qapalı mühitdə işləyənlər, tibb işçiləri arasında müşahidə edilir. Viral yükə nə qədər çox məruz qalarsansa, xəstəliyi bir o qədər ağır keçirmə ehtimalı çoxalır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!