“Çox yadımıza salsaq...“ - Qurban Qurbanov

saytların hazırlanması

Evə çatdırılma

“Çox yadımıza salsaq...“ - Qurban Qurbanov

İdman

02 Dekabr 2019 20:01 949


"Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə oldu".

"Yeni Sabah" xəbər verir ki, bunları "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XIII turunda səfərdə "Sabah"ı 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra söyləyib.

47 yaşlı mütəxəssisin sözlərinə görə, istədikləri oyunu göstərə bilməyiblər: "Oyunçular çox əziyyət çəkdilər. Rəqibin də yeni baş məşqçisinə uğurlar arzulayıram”. pizza

- Rəqibdə hansısa dəyişiklik hiss etdinizmi?

- Bəli, fərqli oyun üslubu var idi. Məncə, bunu qarşıdakı oyunlarda daha aşkar görəcəyik. Onların yeni sistemdə tam oyunlarını göstərməyə vaxt lazımdı.

- Komanda Avrokubok matçından sonra gərginliyi üzərindən ata bilib?

- Çox yadımıza salsaq, ata bilməyəcəyik. Psixoloji gərginlik var, bunu hiss edirəm. Hər halda, qarşıdakı oyunlara baxmalıyıq. /report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!