“CPM-İnvest” geriləməkdə davam edir- Birja itkiləri 142 mln. manatı ötüb

saytların hazırlanması

Evə çatdırılma

“CPM-İnvest” geriləməkdə davam edir- Birja itkiləri 142 mln. manatı ötüb

İqtisadiyyat

08 Avqust 2024 12:17 1868


“CPM-İnvest İnvestisiya Şirkəti”nin 2024-cü ilin yanvar-iyul aylarında “Bakı Fond Birjası”da (BFB) apardığı əməliyyatların həcmi 2084 əqd üzrə 1 milyard 782,9 milyon manat təşkil edib. 

“Yeni Sabah”ın hesablamasına görə, investisiya şirkətinin birja əməliyyatları son bir ildə 7,4% və ya 142,3 milyon manat azalıb. Belə ki, 2023-ci ilin ilk yeddi ayında “CPM-İnvest”in dövriyyəsi 1582 əqd üzrə 1 milyard 925,3 milyon manat təşkil edib. 

İnvestisiya şirkətin bağladıqları əqdlərin orta dəyəri isə 1 milyon 217 min manatdan 855,5 min manata enib.  Dominos pizza

Qeyd edək ki, “CPM-İnvest İnvestisiya Şirkəti”nə 2021-ci ildə lisenziya verilib. Onun səhmlərinin 100%-i Məmmədova Kəmalə Qələndər qızına məxsusdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!