Cüdoçularımız Belçikadakı beynəlxalq turnirin ilk günündə dörd medal qazandılar - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Cüdoçularımız Belçikadakı beynəlxalq turnirin ilk günündə dörd medal qazandılar - Fotolar

İdman

26 Yanvar 2025 11:58 170


Azərbaycan təmsilçiləri Belçika açıq cüdo turnirinin ilk günündə dörd medal qazanıblar.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Məlumata görə, idmançılar Vise şəhərindəki beynəlxalq yarışda 1 qızıl, 2 gümüş və 1 bürünc mükafat əldə ediblər. Dominos pizza

Murad Muradlı (60 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qadir Hüseynov gümüş, İbrahim Əliyev (hər ikisi 73 kq) isə bürünc medala sahib çıxıb.

İmran Yusifov (+100 kq) isə gümüş mükafat qazanıb.

Qeyd edək ki, turnirə bu gün yekun vurulacaq. Azərbaycan yarışda qadınlar və kişilər arasında 12 çəki dərəsində 27 cüdoçu ilə təmsil olunur.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!