Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə dünya çempionatına start verilib.
“Yeni Sabah” xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 3 təmsilçisi tatami üzərinə çıxıb.
Davud Məmmədsoy (60 kq) və Aişə Qurbanlı (48 kq) ilk görüşlərini qalib başa vursalar da, növbəti qarşılaşmalarda məğlub olublar. Leyla Əliyeva (48 kq) isə ilk görüşdə portuqaliyalı rəqibinə uduzub. pizza mizza
Avqustun 26-da Nicat Şıxəlizadə (66 kq), Gültac Məmmədəliyeva (52 kq) və Larisa Florian (52 kq) tatami üzərinə çıxacaq.
Telegram kanalımız