Cüdoçularımız dünya çempionatını 7 medalla başa vurdu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Cüdoçularımız dünya çempionatını 7 medalla başa vurdu - Foto

İdman

14 Oktyabr 2019 10:37 1220


Azərbaycanın usta cüdoçuları dünya çempionatını 7 medalla başa vurublar.

“Yeni Sabah” xəbər verir ki, Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatının 4-cü günü də Azərbaycan millisi üçün uğurlu olub.

Ölkəmizi dünya çempionatında təmsil edən veteran cüdoçular Rəsul Səlimov (M-2, 90 kq) və Elxan Rəcəbli (M-2, 90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. M-2 kateqoriyası üzrə 66 kq çəki dərəcəsində yarışan həmyerlimiz Vüqar Babayev yalnız finalda uduzaraq dünya çempionatının gümüş medalına layiq görülüb. Bu, Azərbaycan millisinin Mərakeşdə qazandığı 7-ci medal olub.  Pepperoni pizza

Qeyd edək ki, əvvəlki yarış günlərində Fərhad Rəcəbli, Məmməd Məmmədov, Mübariz Cəfərov mundialda 1-ci yeri, Müşviq Cəfərov isə 3-cü yeri tutub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!