Cüdoçularımız Tokioda 18400 dollar qazandı

saytların hazırlanması

Evə çatdırılma

Cüdoçularımız Tokioda 18400 dollar qazandı

İdman

28 Avqust 2019 15:50 1039


Yaponiyanın paytaxtı Tokiodakı dünya çempionatında gümüş medal qazanan Azərbaycan cüdoçusu Rüstəm Orucov 12000 dollar mükafat əldə edib.

“Yeni Sabah” “Report”-a istinadən xəbər verir ki, eyni çəkidə bürünc medal götürən Hidayət Heydərov isə 6400 dollara sahib olub. Onların şəxsi məşqçilərinə isə müvafiq olaraq 3000 dollar və 1600 dollar ödəniləcək.

Mundialın mükafat fondu 800 min dollar təşkil edir. Qızıl medal qazanacaq cüdoçulara 20800 dollar, onların məşqçilərinə isə 5200 dollar veriləcək. Dominos pizza

Azərbaycan cüdoçuları medal və pul mükafatından əlavə, aktivlərinə növbəti reytinq xallarını da əlavə ediblər. 73 kq çəki dərəcəsi üzrə sıralamada 6159 xalla lider olan Orucov daha 1400 xal alıb. 5001 xalla 6-cı sırada qərarlaşan Heydərovun qazancı isə 1000 xal olub.

Qeyd edək ki, ilk üç yarış günüdə mübarizə aparan Azərbaycan cüdoçuları - Davud Məmmədsoy (60 kq), Nicat Şıxəlizadə (66 kq), Aişə Qurbanlı, Əliyeva Leyla (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Larisa Aleksandra Florian (hər ikisi 52 kq) və İçinxorlu Munxtsedev (57 kq) fəxri kürsüyə yüksəlməyi bacarmayıblar. Azərbaycan yığması bu gün keçirilən kişilərin 81 kq, qadınların isə 63 kq çəki dərəcəsi üzrə mübarizəsində təmsil olunmur. Milli mundiala 8 kişi və 7 qadın idmançı ilə qatılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!