Rusiyanın Sosnovıy-Bor şəhərində cüdo üzrə ənənəvi beynəlxalq turnir keçirilib.
"Yeni Sabah" xəbər verir ki, yarışda Azərbaycanın yeniyetmələrdən ibarət cüdo yığması da mübarizə aparıb. Məşqçi Zaur Babayevin başçılığı altında yarışan idmançılarımız Moskva, Gürcüstan, Leninqrad vilayətinin komandalarını məğlub edərək finala çıxıblar. Həlledici görüşdə Krasnodar komandasına uduzan cüdoçularımız beynəlxalq turnirin gümüş medallarını əldə ediblər.
Qeyd edək ki, Rusiya, Almaniya, Yunanıstan, Gürcüstan kimi ölkələrin iştirak etdiyi yarışma artıq 27-ci dəfədir ki keçirilir. Marqarita pizza
Telegram kanalımız