Cüdoçumuzdan qızıl medal

saytların hazırlanması

Evə çatdırılma

Cüdoçumuzdan qızıl medal

İdman

12 Oktyabr 2019 10:14 1217


Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir. 

“Yeni Sabah” Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, yarışın ikinci günü Azərbaycan millisi aktivinə daha bir qızıl medal yazdırıb.

Dünya çempionatında ölkəmizi təmsil edən veteran cüdoçu Məmməd Məmmədov M-1 kateqoriyası üzrə 73 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Məmməd Məmmədov Almaniya, İrlandiya və Fransanın iki cüdoçusuna qalib gəldikdən sonra finalda Tacikistan təmsilçisi Mustafa Həsənovu məğlub edərək mundialın ən güclüsü adına layiq görülüb. pizza sifarişi

Qeyd edək ki, dünən keçirilən yarışlarda Fərhad Rəcəbli usta cüdoçular arasında doqquzuncu çempionluğu qazanıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!