İranda koronavirus səbəbilə mətəblərdə və ali təhsil ocaqlarında dərslər müvəqqəti olaraq dayandırılacaq.
"Yeni Sabah" xarici mətbuata istinadən bildirir ki, bu barədə Səhiyyə naziri Səid Nəmakivirus məlumat verib.
O, virusun aşkar edildiyi bölgələrdə yerləşən məktəblərdə üç gün tətil elan ediləcəyini və universitetlərin bir həftəlik bağlanacağını bildirib.
Nazirin sözlərinə görə, türbələrə girişə də məhdudiyyət qoyulacaq, həmçinin riskli ərazilərdə cümə namazlarının qılınmaması üçün əhaliyə xəbərdarlıq ediləcək.
Xatırladaq ki, İranda yeni növ koronavirusdan ölənlərin sayı 22 nəfərə, virusa yoluxanların sayı isə 141 nəfərə çatıb. Telegram kanalımız