Dadaşlinski yenə AFFA katibinə səsləndi: “Gəlsin, söhbət eliyək“   - Video

saytların hazırlanması

Evə çatdırılma

Dadaşlinski yenə AFFA katibinə səsləndi: “Gəlsin, söhbət eliyək“ - Video

İdman

12 Noyabr 2019 21:21 1138


İTV-də yayımalanan "3D" verilişinin aparıcısı Dadaş Dadaşlinski artıq neçənci verilişdir ki, AFFA katibi Elxan Məmmədovu qonaq qismində görmək istədiyini bildirir. 

"Yeni Sabah" xəbər verir ki, aparıcı verilişin bugünkü buraxılışında da ənənəsinə sadiq qalaraq Elxan Məmmədov və AFFA-ya səslənib. Dadaşlinski verilişin qonağı deputat Tahir Mirkişilini yola saldıqdan sonra İTV-nin idman departamentinin direktoru Kənan Hakimovla məsələ barəsində söhbət edib.

Xəbər verdiyimiz kimi, AFFA-nin mətbuat katibi Firuz Abdulla məsələ ilə bağlı bu gün açılama vermiş və heç bir rəsmi dəvətin olmadığını bildirmişdi. Dördpendirli pizza

Dadaşlinski Kənan Hakimovdan AFFA-ya rəsmi dəvət göndərib göndərmədiklərini soruşub. İdman departamentinin direktoru "siz artıq neçənci dəfədir ki, efir vasitəsi ilə Elxan Məmmədovu verilişə dəvət edirsiniz, bundan rəsmi necə dəvət edək" - deyə cavab verib.

"3D" verilişinin aparıcısı isə bir daha Elxan Məmmədovu verilişinə dəvət etdiyini bildirib: "Gəlsin, söhbət eliyək. Futbolumuz haqda danışılası o qədər şey var ki.."

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!