Dağa dırmaşır, iməciliklərə qatılır -   Görməyə alışmadığımız icra başçısı-VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Dağa dırmaşır, iməciliklərə qatılır - Görməyə alışmadığımız icra başçısı-VİDEO

Siyasət

28 Noyabr 2025 17:48 6814


Vətəndaşların ən çox şikayətləndiyi məsələlərdən biri icra başçılarının problemlərə etinasız yanaşmasıdır. Əksər icra başçıları ilə bağlı mətbuatda tez-tez bu qəbildən olan məlumatlar yayılır. 

Son illərdə Ağstafa, Yevlax, Neftçala, İmişli, Biləsuvar, Cəlilabad və digər rayonların icra başçıları rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər korrupsiya əməllərinə görə məsuliyyətə cəlb olunub. Bu il isə Qax icra başçısı Musa Şəkiliyev və Balakənin icra başçısı İslam Rzayev həbs ediliblər.

Lakin bir icra başçısı var ki, onunla bağlı istər mətbuatda, istərsə də sosial mediada yayılan bütün xəbərlər müsbət təəsurat oyadır. Söhbət Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovdan gedir. O, dövlət başçısının 25 iyul 2022-ci ildə imzaladığı sərəncamla icra başçısı təyin edilib. Sezar pizza

Araz Süleyman oğlu Əhmədov. 1963-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Biləv kəndində doğulub. O, Birinci Qarabağ  iştirak çısı olub, Qubadlının azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. 1991-ci ildən etibarən Azərbaycanın təhlükəsizlik orqanlarında çalışıb, Dövlət Təhlükəsizliyi Xidməti İdarəsinin rəisi olub. 2019-cu ildə ona DTK-nın general-mayoru rütbəsinə layiq görülüb.

“Yeni Sabah” xəbər verir ki, sosial mediada yayımlanan video və fotolarda Araz Əhmədovun mütəmadi olaraq şəhid və qazi ailələrini ziyarət etdiyi, onların evlə təmin edilməsi ilə birbaşa maraqlandığı əks olunur. Rayon sakinlərinin A.Əhmədovla bağlı fikirləri isə xeyli müsbətdir.

Araz Əhmədov rayon ərazisində olan şəhid məzarlarının, tarixi abidələrin və məscidlərin qorunmasına və bərpasına xüsusi diqqət yetirir. Masallı Rayon İcra Hakimiyyətinin rəsmi saytında yer alan xəbərlərdə rayon ərazisində tez-tez iməcilik fəaliyyətinin təşkili ilə bağlı məlumatlar yer alır.

İcra başçısı rayonda istifadəyə verilən kiçik və orta sahibkarlıq obyektlərinin açılışında, həmçinin kənd təsərrüfatı ilə bağlı tədbirlərdə də şəxsən iştirak edir.

Ən diqqətçəkən məqam isə Araz Əhmədovun kəndlərdə tez-tez təşkil etdiyi səyyar vətəndaş qəbullarıdır. Masallı sakinləri başçının bu təşəbbüslərini olduqca yüksək qiymətləndirir.

“Sədərək” Ticarət Mərkəzində baş verən yanğın nəticəsində böyük ziyana uğrayan iş adamı, Masallı rayon sakini Hacı Elşad Şəfəqqətov təxminən 2 milyon manatlıq maddi itki ilə üzləşib.

A.Əhmədov bu hadisədən sonra iş adamı ilə görüşərək, ona mənəvi dəstək verib, səbr diləyib. Həmin video-görüntülər sosial şəbəkələrdə xeyli maraqla qarşılanıb.

Araz Əhmədov bir müddət öncə daha bir maraqlı hərəkəti ilə yadda qalıb. O, Sığdaş kəndində yerləşən “Hampa dağı”na çıxıb. O, avtomobilindən enərək, təxminən kilometrə yaxın məsafəni yoxuşa qalxıb. İcra başçısının fiziki hazırlığı böyük maraqla qarşılanıb.

Nazim Hacıyev

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ülviyyə
    Araz Əhmədova gözə gələcək
    6 months ago
  • Niyaz
    SALAM. HALAL OLSUN BİZİM RAYONUN BAŞÇISI ELNUR RZAYEV QARDAŞA,TƏKİ BÜTÜN MƏMURLAR,DEPUTATLAR BELƏ SADƏ,HƏR İŞƏ BAXAN OLARDI.
    6 months ago