Dağıdılan şəhərin ayaqda qalan simvolu yenidən dirçəlir

saytların hazırlanması

Evə çatdırılma

Dağıdılan şəhərin ayaqda qalan simvolu yenidən dirçəlir

Sosial

15 Yanvar 2026 16:07 366


Hər qarışında Qarabağ xanlarının izi olan Ağdam İmarət Kompleksi artıq Azərbaycanın bərpa olunmuş tarixi-mədəni irsinin mühüm tərkib hissəsidir. İşğal dövründə dağıntılara məruz qalan Ağdamda ayaqda qalan və bu gün yenidən dirçələn əsas simvollardan biri məhz İmarət Kompleksidir.

Baku TV-nin məlumatına görə, bərpa işləri tarixi memarlıq abidəsinin ilkin görkəminin maksimum dərəcədə qorunması prinsipi əsasında həyata keçirilib. Məqsəd yalnız tarixi tikilini deyil, eyni zamanda Ağdamın mədəni kimliyini yenidən dirçəltməkdir.

İmarət Kompleksinin şöbə müdiri Aynurə Cəfərova bildirib ki, Ağdam işğaldan azad edildikdən sonra ilk növbədə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa etdirilən İmarət Kompleksində restavrasiya işlərinə başlanılıb: Toyuqlu pizza

"Kompleksdə yerli və xarici mütəxəssislərin iştirakı ilə həm restavrasiya, həm də imarətin qəbiristanlıq ərazisində arxeoloji tədqiqatlar aparılıb".

Həmçinin qeyd edilib ki, Ağdam İmarət Kompleksi 2024-cü il sentyabrın 19-dan etibarən fəaliyyət göstərir:

"Hazırda kompleks yerli sakinlər və xarici qonaqlar tərəfindən mütəmadi ziyarət olunur. Ziyarətçilər buranın tarixi, eləcə də imarətin qəbiristanlığında dəfn edilmiş xan ailəsinə mənsub şəxslər barədə maraqlanır, suallar ünvanlayırlar".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!