Dağıstanda 270-dən çox adam sudan zəhərləndi

saytların hazırlanması

Evə çatdırılma

Dağıstanda 270-dən çox adam sudan zəhərləndi

Hadisə

09 İyul 2025 23:26 253


Rusiya Federasiyasının Dağıstan Respublikasında su zəhərlənməsindən sonra 274 nəfər həkimə müraciət edib.

"Report"un məlumatına görə, bu barədə Dağıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

"Məhərrəmkənd rayonunun tibb işçiləri Dağıstan Respublikası Səhiyyə Nazirliyinin infeksionistləri və epidemioloqlarının dəstəyi ilə bağırsaq infeksiyası olan xəstələri fasiləsiz rejimdə aşkar etməyə çalışır. Son iki gün ərzində burada qastroenterit əlamətləri ilə 274 nəfər qeydə alınıb, onlardan 270-i uşaqdır", - məlumatda deyilir. Pepperoni pizza

Nazirlik bildirib ki, Dağıstan Respublikası üzrə səhiyyə naziri Yaroslav Qlazov xəstəxanaya baş çəkib.

Bundan əvvəl bildirilib ki, Dağıstandakı hadisə ilə əlaqədar Məhərrəmkənd rayonunun bələdiyyə sədri saxlanılıb.

Cinayət işi çərçivəsində ekspertiza təyin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!