Dağıstan Respublikasında Azərbaycan dilində dərsliklərin çapı üçün proqram işlənilir.
“Yeni Sabah” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu proqram həmin dilin daşıyıcıları üçün tədris ədəbiyyatını hazırlamağa imkan verəcək.
Bu haqda Dağıstanın milli siyasət və dini işlər üzrə naziri Enrik Muslimov bildirib. Nazirin sözlərinə görə, respublikada Azərbaycan dili üzrə dərs vəsaiti çatışmır. pizza
Dağıstanın təhsil və elm nazirliyi ibtidai məktəblər üçün dərslikləri əvəz edən əlyazmalar hazırlayır.
Muslimov qeyd edib ki, Dağıstanda 130 minə yaxın azərbaycanlı yaşayır və bu respublika əhalisinin 4,5 faizini təşkil edir.
Telegram kanalımız