Dağlıq rayonlarda qarın hündürlüyü artır, şaxta var

saytların hazırlanması

Evə çatdırılma

Dağlıq rayonlarda qarın hündürlüyü artır, şaxta var

Sosial

10 Fevral 2025 09:57 158


Milli Hidrometeorologiya Xidmətinin saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Yenisabah.az xəbər verir ki, günün birinci yarısında bəzi yerlərdə arabir yağıntılı olub.

Düşən yağıntının miqdarı Şuşa, Kəlbəcər, Xocalı, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Tovuz, Ağstafa, Şəki, Lənkəran, Astara, Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb. pizza

Dağlıq ərazilərə yağan qarın hündürlüyü tədricən əriyərək Lerikdə 64, Qrızda 19, Yardımlıda 14, Xaltanda 5, Qusarda (Laza) 4, Altıağacda 3, Xınalıq, Gədəbəydə 2 sm-dir.

Daşkəsən, Şəmkir, Şəki, Şamaxı, Lerik, Göygöl, Qaxda duman müşahidə olunur.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 7, Naxçıvan MR-da və dağlıq rayonlarda 10, yüksək dağlıq ərazilərdə isə 17 dərəcəyədək şaxta qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!