Daha 19 həkim Türkiyədən Azərbaycana gətirildi

saytların hazırlanması

Evə çatdırılma

Daha 19 həkim Türkiyədən Azərbaycana gətirildi

Sağlamlıq

02 İyul 2020 23:57 914


İyulun 2-də “Azərbaycan Hava Yolları” QSC (AZAL) İstanbul-Bakı reysi ilə Türkiyədə təhsil alan 19 azərbaycanlı həkimi ölkəmizə gətirib.

Yenisabah.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Ramin Ağayev AZƏRTAC-a müsahibəsində bildirib ki, TƏBİB-in prioritet məqsədlərindən biri də xarici ölkələrdə tibbi təhsil almış həkimlərin müvafiq şərait yaradılmaqla Azərbaycanda işləmək üçün geri gətirilməsidir.

O qeyd edib ki, bu çərçivədə müxtəlif layihələr icra olunur. Son olaraq REACT layihəsi icra olunub və Türkiyədə təhsil almış 19 uzman Azərbaycanın müxtəlif bölgələrində olan xəstəxanalarda ötən 3 ay ərzində pandemiya ilə mübarizə aparırdılar. pizza

Bu xüsusda azərbaycanlı həkimlərdən ibarət növbəti heyət xalqımıza xidmət etmək üçün ölkəmizə gəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!