Daha 201 azərbaycanlı Moskvadan Bakıya gətirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Daha 201 azərbaycanlı Moskvadan Bakıya gətirildi - Fotolar

Sosial

26 İyul 2020 22:09 701


Azərbaycanın Milli aviadaşıyıcısı 26 iyul tarixində daha bir çarter reysi ilə Moskvadan "COVID-19" koronavirus pandemiyası səbəbindən Rusiyada qalmış soydaşlarımızı qaytarıb.

AZAL-dan Yenisabah.az-a verilən məlumata görə, sözügedən reys ilə 201 nəfər soydaşımız Azərbaycana gətirilib.

Reysə "COVID-19" testinin mənfi nəticəsini bildirən arayış təqdim edən sərnişinlər buraxılmışdır. Bakıya gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar. Dördpendirli pizza

Xatırladaq ki, çarter reysləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanmış plana əsasən həyata keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!