Daha 3413 vərəsəyə birdəfəlik ödəmə veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Daha 3413 vərəsəyə birdəfəlik ödəmə veriləcək

Sosial

03 May 2019 07:10 711


Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir.  

"Yeni Sabah" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın növbəti iclasında daha 2350 şəhid üzrə 3413 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edilib.

Onların siyahısı birdəfəlik ödənişin həyata keçirilməsi üçün aidiyyəti quruma göndərilib və birdəfəlik ödəmələrin 7 iş günü ərzində həmin vərəsələrin bank hesablarına köçürülməsi nəzərdə tutulur.   Dördpendirli pizza

Ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Onlardan artıq 70 faizdən çox hissəsinin, yəni 8688 şəhidin 12685 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!