Müğənni Dilarə Kazımova "Söhbətsiz" proqramının qonağı olub.
“Yeni Sabah” xəbər verir ki, ifaçı efir zamanı maraqlı açıqlamaları ilə yadda qalıb. O, Allaha olan inamını itirdiyini söyləyib:
"Atam dünyasını dəyişəndən sonra Allahdan küsdüm. Nənəm Allaha çox inanırdı. Mən də 12 yaşımda namaz qılmaq istəyirdim. Daha sonra ailəmizdə bu faciə baş verdi. Allaha sual verdim ki, niyə? Axı, mən səni çox istəyirəm. Hər şey düzgündür, yolundadır. Atamın 42 yaşı var idi. İçimdə nəsə sındı. Fikirləşdim ki, daha Allaha inanmaq istəmirəm. Ona inandım, sevgimi verdim. Amma o mənə belə bir faciə yaşatdı. Atamı aldı. Onunla çox yaxın idim". pizza
Daha sonra D.Kazımova qeyd edib ki, nikah bağlamadan ana ola bilər:
“Ana olmalıyamsa, olacam. Hara qaçırıq? Rəsmi nikaha girmədən ana ola bilərəm. Bu, qadının şəxsi fikridir. Mənim üçün problem deyil. Dostlarımın arasında özlərinə düzgün adam tapmayıblar, amma ana olublar. Ona övlad lazımdır. Təbii ki, uşaq normal ailədə doğulmalıdır. Ancaq vəziyyətlər müxtəlifdir. Eləsi var ki, ata da, ana da var, lakin uşağa sevgi verə bilmirlər. Əgər ana uşağına sevgi verə biləcəksə, niyə də olmasın?".
Telegram kanalımız