Daha bir amerikalı Həbibə meydan oxudu: “Necə olursa olsun...”

saytların hazırlanması

Evə çatdırılma

Daha bir amerikalı Həbibə meydan oxudu: “Necə olursa olsun...”

İdman

09 Oktyabr 2019 10:33 1397


UFC üzrə dünya çempionu – rusiyalı (dağıstanlı) Həbib Nurməhəmmədovun potensial rəqibləri sırasına daha bir idmançı qatılıb. 

“Yeni Sabah” xəbər verir ki, Amerika Birləşmiş Ştatlarından olan Castin Qeyci Həbiblə döyüşmək istədiyini bildirib.

30 yaşlı amerikalı rusiyalı idmançının karyerasını başa vurmamış onunla qarşılaşmaq istədiyini vurğulayıb: “Həbib tez-tez açıqlamalarında çox döyüş keçirməyəcəyini söyləyib. Buna görə də o, karyerasını başa vurmamış onunla döyüşmək istərdim. Necə olursa olsun, onunla qarşılaşmağa nail olmalıyam”. Marqarita pizza

Qeyd edək ki, buna qədər 23 döyüş keçirən C. Qetji bu yarışların 21-də qələbəyə sevinib. H. Nurməhəmmədov isə 28 qarşılaşma keçirib ki, bunların hər birində də  qələbə qazanıb.

Xatırladaq ki, yüngül çəki dərəcəsində çempion olan Həbib son olaraq, Əbu-Dabidə UFC-242 çərçivəsində amerikalı Dastin Puarye ilə döyüşüb və qalib gəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!