Bakının Binəqədi rayonunda yanğın başlayıb.
“Yeni Sabah” xəbər verir ki, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, yanğın hadisəsi qəsəbə ərazisindəki zibillikdə başlayıb. pizza sifarişi
Hazırda hadisə yerinə FHN-nin yanğınsöndürmə briqadaları cəlb edilib. Yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınsa da, ərazidə alovun tam söndürülməsi hələlik mümkün olmayıb.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.
Xatırladaq ki, bir neçə saat əvvəl Binəqədi rayonu, İ.Paşayev küçəsində boş sahədə də yanğın başlamışdı. FHN-nin yanğından mühafizə xidmətinin əməkdaşları alovu söndürüb.
Telegram kanalımız