Avro-2020-nin seçmə mərhələsində milli komandamızla qarşılaşacaq Uels yığmasına daha bir itki yaşanıb.
“Yeni Sabah” xəbər verir ki, “Derbi”nin hücumçusu Tom Laurens və "Lester"in qapıçısı Denni Uord matçda iştirak edə bilməyəcək. Laurens səhhətində problem yarandığı üçün Bakıya gətirilməyəcək, qapıçı isə şəxsi işləri ilə əlaqədar məşqçilər korpusundan icazə alıb.
Qeyd edək ki, sabah milli komandamızın qəbul etdiyi Uels millisi noyabrın 19-da öz meydanında Macarıstanla üz-üzə gələcək. pizza hut
Telegram kanalımız