Leyla Əliyeva Xətai sakinləri ilə... -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Leyla Əliyeva Xətai sakinləri ilə... - Fotolar

Sosial

04 İyun 2019 07:46 1129


IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.

“Yeni Sabah” xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva bununla bağlı keçirilən tədbirdə iştirak edib.

Tədbir zamanı uşaqlar üçün müxtəlif əyləncə proqramları təqdim olunub. Həyətdə uşaqlar üçün yeni salınmış oyun meydançası, maraqlı attraksion, sürüşkən və yelləncəklər onların böyük sevincinə səbəb olub. Cizgi film qəhrəmanlarının (maskotlar) və animatorların da qoşulduqları tədbir zamanı uşaqlar sevimli personajları ilə görüşüb, onlarla birlikdə əyləniblər. pizza hut

Uşaqlar bayramlarını bol əyləncələrlə qeyd etməklə yanaşı, istedad və bacarıqlarını da nümayiş etdirərək mahnı və rəqslər təqdim ediblər.

Qeyd edək ki, yenilənmiş həyət Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 107, 109, 111, 113 ünvanlarında 2 min nəfərə yaxın sakinin yaşadığı doqquzmərtəbəli dörd binanı əhatə edir.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə ərazidə 1 mini futbol meydançası, 1 şahmat meydançası, idman qurğuları, 4 söhbətgah və oturacaqlar quraşdırılıb. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmləndirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ağac əkilib və 3 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb.

Xətai rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan iyirmi dördüncü həyətdir.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!