Daha bir idmançımız Tokio-2020-ə lisenziya qazandı

saytların hazırlanması

Evə çatdırılma

Daha bir idmançımız Tokio-2020-ə lisenziya qazandı

İdman

15 Oktyabr 2019 13:33 1300


Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarına dördüncü lisenziyasını qazanıb.

“Yeni Sabah” xəbər verir ki, Avstraliyanın Sidney şəhərində keçirilən para atıcılıq üzrə dünya çempionatında iştirak edən Kamran Zeynalov 50 metr məsafəyə güllə atıcılığında göstərdiyi nəticə ilə ilk 15 idmançı arasında yer alıb. Beləliklə, idmançımız Yay Paralimpiya Oyunlarında iştirak etmək hüququ əldə edib.

Qeyd edək ki, bunadək güllə atıcılığında Yelena Taranova, parapauerliftinqdə Elşən Hüseynov və paraüzgüçülükdə Roman Saleh XVI Yay Paralimpiya Oyunlarına vəsiqə qazanıb. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!