Daha bir klub “Qarabağ”ın legionerinə “elçi düşdü”

saytların hazırlanması

Evə çatdırılma

Daha bir klub “Qarabağ”ın legionerinə “elçi düşdü”

İdman

02 Dekabr 2019 11:03 1400


Daha bir klub “Qarabağ”ın futbolçusu Simeon Slavçevi heyətinə qatmaq istəyir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb.

Bildirilir ki, 26 yaşlı yarımmüdafiəçiyə “elçi düşən” Polşanın “Lex” klubudur. “Lex”in Slavçevlə yaxından maraqlandığı və onun üçün qış fasiləsində “Qarabağ”la danışıqlara başlayacağı deyilir. Marqarita pizza

Qeyd edək ki, 2018-ci ilin iyulundan “Qarabağ”da çıxış edən Slavçevlə Bolqarıstan “Levski” klubu da yaxından maraqlanır. Bu mövsüm az şans tapan Slavçevin qış fasiləsində “Qarabağ”la yollarını ayıracağı gözlənilir. Bolqarıstan millisinə də dəvət alan yarımmüdafiəçinin Ağdam təmsilçisi ilə 2021-ci ilin yayına qədər müqaviləsi var.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!