Daha bir məktəbdə faciə: “Oğlumu döyərək öldürüblər” – Video

saytların hazırlanması

Evə çatdırılma

Daha bir məktəbdə faciə: “Oğlumu döyərək öldürüblər” – Video

Kriminal

12 Aprel 2019 21:46 1309


Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki H.Z. Tağıyev adına 123 №-li tam orta məktəbin şagirdi döyülərək öldürülüb.

Bu iddianı şagirdin valideyni Mehman Paşayev bildirib.

O, iddia edib ki, XI “b” sinfinin şagirdi Lətifov İlkin Mehman oğlu məktəbdə döyülüb: “Oğlumun ağır xəsarət alması ilə bağlı mənə gec məlumat verilib. 3 saylı Şəhər Klinik Xəstəxanaya yerləşdirilən övladım əməliyyat olunub. Amma övladımın həyatını xilas etmək mümkün olmayıb. Bu hadisə ilə bağlı məktəbin rəhbərliyinin və həkimlərin məsuliyyətə cəlb olunmasını tələb edirəm”. pizza hut

Valideyn bildirib ki, məktəbin rəhbərliyi hadisə ilə bağlı ona yalan məlumat verib: “Öncə mənə dedilər ki, oğlum yıxılaraq xəsarət alıb. Amma xəstəxanadan daxili orqanlarında qanaxma olması və əməliyyat olunacağı barədə məlumat veriləndən sonra övladımın döyüldüyü bildirildi. Mən bu faciənin ciddi araşdırılmasının və nəzarətdə saxlanılması xahiş edirəm”.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə informasiya sorğusu göndərilib.

Bizimyol.info


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!