Qırğızıstanda fövqəladə rejim bu gündən qüvvəyə minir.
"Yeni Sabah" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Baş Nazir Məhəmmədkalıy Abılqaziyev məlumat verib. O, Təhlükəsizlik Şurasının təklifi ilə bu addımın atıldığını bildirib.
Bu gündən etibarən Qırğızıstan paytaxtı Bişkek və ətraf regionlarda xüsusi postlar qurulacaq, lazımi malların çatdırılması üçün marşrutlar müəyyən ediləcək, ölkədaxili reyslər təşkil ediləcək, mağaza və apteklərin iş prinsipi yenidən qurulacaq. pizza sifarişi
Bişkek meri qeyd edib ki, 22 martdan etibarən paytaxtda trolleybusdan başqa, ictimai nəqliyyat fəaliyyətini dayandırır. Ticarət məzkərləri bağlanır, kafe və restoranlar isə ancaq sifarişə görə işləyəcəklər.
Qırğızıstanda koronavirusa yoluxma sayı 14-dür.
Telegram kanalımız