Daha bir ölkədə koronavirus aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Daha bir ölkədə koronavirus aşkarlandı

Dünya

01 Mart 2020 22:12 669


Çexiyada da koronavirus aşkarlanıb. "Yeni Sabah" "RİA Novosti"yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Adam Voytex keçirdiyi xüsusi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, ölümcül virusa yoluxanların ikisi Praqanın "Na Bulovce" xəstəxanasına, biri isə Usti-nad-Labem şəhərindəki xəstəxanaya yerləşdirilib: "Xəstələnənlərdən biri Praqaya İtaliyada təcrübə keçdikdən sonra qayıdıb. Praqa xəstəxanasının ikinci pasiyenti Milanda oxuyan amerikalıdır. Usti-nad-Labem xəstəxanasında yatan xəstə isə İtaliyadan qayıdıb, harada ki, o, dağ-xizək kurortunda istirahət edirdi". Qeyd edək ki, koronavirusa yoluxma faktları Çindən başqa 50-dən çox ölkədə qeydə alınıb.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!