Damla Nərminlə bağlı bu hərəkətinə görə tənqid olundu -   Video

saytların hazırlanması

Evə çatdırılma

Damla Nərminlə bağlı bu hərəkətinə görə tənqid olundu - Video

Hadisə

10 Yanvar 2020 19:58 3429


Müğənni Damla Tovuz rayonunda yandırılaraq qətlə yetirilən Nərmin Quliyevanın məzarını ziyarət edib.

"Yeni Sabah" xəbər verir ki, bu ziyarət zamanı çəkilən videonu müğənninin prodüsseri öz “İnstagram” səhifəsində paylaşıb. İzləyicilər isə ifaçını özünü reklam eləməkdə ittiham edərək tənqid ediblər.

“Heç reklam yeridir, Damla? Bir gözün kamerada, bir gözün qəbirdə. Bəsdir, ayıbdır”, “Sakitcə gedib ziyarət edərdiniz, çəkiliş niyə edirsiz ki?”- deyə izləyicilər qeyd edib. Dominos pizza

Lakin onu bu hərəkətinə görə alqışlayan insanlar da olub.

“Nərmini ziyarətə getmisiz, əhsən sizə”, “Damla hər zaman sadə insan olub”,- deyə onlar ifaçının ünvanına təşəkkür sözləri yazıblar. / Ölkə.az

Sözügedən videonu təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!