Daşkənddə Azərbaycanla bağlı bu sənəd imzalandı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Daşkənddə Azərbaycanla bağlı bu sənəd imzalandı - Foto

Siyasət

16 Noyabr 2025 13:31 568


Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olub.

"Yeni Sabah" xəbər verir ki, müvafiq qərar Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə qəbul edilib.

Qərarda deyilir: "Azərbaycan tərəfinin müraciətini nəzərdən keçirərək qərara alınıb ki, Azərbaycan Respublikası tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə qəbul edilsin". Dominos pizza

Mərkəzi Asiya dövlətləri xarici işlər nazirlərinin müşavirəsinə tənzimləyici sənədlərin uyğunlaşdırılması tapşırılıb.

Qərarı Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev imzalayıblar.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!