Daşkənddə yaşayan iki azərbaycanlı məktəbli yaralanan uşaqlara ianə etdilər

saytların hazırlanması

Evə çatdırılma

Daşkənddə yaşayan iki azərbaycanlı məktəbli yaralanan uşaqlara ianə etdilər

Maraqlı

08 Noyabr 2020 12:41 1347


Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatları ilə əlaqədar ordumuzun əks-hücumu nəticəsində işğal altındakı ərazilərimizin böyük bir hissəsi azad edilib.

Yenisabah.az bildirir ki, Azərbaycanın Özbəkistandakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, Daşkənd şəhərində yaşayan iki azərbaycanlı məktəbli səfirliyə məktub göndərərək bildiriblər ki, Silahlı Qüvvələrə Yardım Fonduna və yaralanan uşaqlara ianə ediblər.

Məktubda deyilir: “Mən, Məmmədova Mələk, qardaşım Elxanla birgə yığdığımız pulu Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna, Gəncə və Bərdə şəhərlərinin erməni terrorçuları tərəfindən atəşə tutulması zamanı zərər çəkən uşaqlara göndərdik. Biz uzun müddətdir ki, bu pulu öz maraqlarımız üçün yığırdıq. Eşidəndə ki, Qarabağda azadlıq müharibəsi başlayıb, pulu daha çox ehtiyacı olan uşaqlara göndərmək qərarına gəldik. pizza hut

Vətən torpaqlarının işğalçı Ermənistan ordusundan azad olunması yolunda Silahlı Qüvvələrimizə uğurlar və tezliklə daha böyük zəfərlər arzulayırıq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!