Daxili orqanında ölkəyə narkotik maddə keçirmək istəyən qadın saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Daxili orqanında ölkəyə narkotik maddə keçirmək istəyən qadın saxlanıldı

Kriminal

18 Fevral 2020 17:10 938


Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşı Astara gömrük postunda saxlanılıb. Dövlət Gömrük Komitəsindən "Yeni Sabah"a verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin şəxsi yoxlama zamanı onun daxili orqanlarında narkotik vasitə gizlətdiyini ehtimal edilib və o, müayinə olunması üçün Astara Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Rentgen müayinəsi zamanı vətəndaşın düz bağırsağında 2 ədəd bükümdə, qablaşdırması ilə birgə çəkisi 22 qram olan psixotrop maddə - metamfetamin, 51 ədəd üzərində "M40" yazısı olan "metadon" həbi aşkarlanıb. Qeyd edək ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na, metamfetamin isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir. https://cdn.yenisabah.az/files/dax.jpg Kamil
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!