DÇ-2022 Bakıda 

saytların hazırlanması

Evə çatdırılma

DÇ-2022 Bakıda 

İdman

24 Avqust 2019 08:56 1309


Beynəlxalq Gimnastika Federasiyanın (FIG) İcraiyyə Komitəsinin Manaquada (Nikaraqua) baş tutan iclasında verilmiş qərara əsasən, 2022-ci ildə Akrobatika gimnastikası üzrə Dünya Çempionatının təşkili Azərbaycan Gimnastika Federasiyasına həvalə olunub. 

“Yeni Sabah” xəbər verir ki, çempionat 11-13 mart tarixlərində Milli Gimnastika Arenasında ilk dəfə olaraq baş tutacaq. Çempionatdan öncə isə 2-7 mart tarixlərində Dünya Yaş Qrupu yarışları da məhz paytaxtımızda  eyni məkanda keçiriləcək.

Qeyd edək ki, bu ilin ən gözlənilən əsas yarışı - 16-22 sentyabr tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək bədii gimnastika üzrə Dünya Çempionatına artıq sayılı günlər qalıb. Növbəti il isə aerobika ulduzları Dünya Çempionatında yarışmaq üçün paytaxtımızda toplaşacaqlar. 2021-ci ildə isə daha bir dünya birinciliyi batut gimnastikası üzrə olacaq. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!