De Liqt “Yuventus“dan ayrılmaq istəyir

saytların hazırlanması

Evə çatdırılma

De Liqt “Yuventus“dan ayrılmaq istəyir

İdman

05 İyul 2022 11:25 963


"Yuventus"un futbolçusu Matteyis de Liqt klubdan ayrılmaq istəyir. 

Yenisabah.az "Bild"ə istinadla xəbər verir ki, 22 yaşlı müdafiəçi artıq Turin təmsilçisinə başqa komandaya transfer olunmaq istədiyi barədə bildirib.

O, "Bavariya"ya keçmək niyyətindədir. Dominos pizza

Xatırladaq ki, de Liqt  2019-cu ilin yayında "Ayaks"dan "Yuventus"a 75 milyon avro qarşılığında transfer olunub. O, geridə qalan mövsüm "Yuventus"un heyətində bütün turnirlərdə 42 oyunda 3 qol vurub və 1 qolun ötürməsini verib.

Onun transfer dəyəri 70 milyon avro məbləğində qiymətləndirir. Niderlandlı futbolçunun "Yuventus"la müqaviləsi 2024-cü ilin yayına qədərdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!